Dünyanın hər tərəfindən Cabbar Savalanın azadlığı üçün hərəkət edən minlərlə Amnesty International tərəfdarlarına qoşulmaq üçün bu səhifəni ziyarət etdiyinizə görə təşəkkür edirik.
Cabbar yalnız 19 yaşı olarkən Fevral ayında həbs olunmuşdur. İndi isə o, Facebook vasitəsilə Azərbaycan hakimiyyəti əleyhinə etirazlara çağırışları da daxil olmaqla, Azərbaycan hakimiyyətinə qarşı dinc fəaliyyətlərinə görə cəzalandırılması üçün qanunsuz narkotik saxlamaq barədə qondarma ittihamla 2 il yarım müddətinə həbsxana cəzası çəkir. Biz onun vicdan məhbusu olduğuna inanırıq.
Azərbaycanın Prezidentinə Yazın:
Biz Cabbar Savalanın dərhal azad edilməsını tələb edən məktubun çərçivəsini yaratmışıq. Daha ətraflı məlumat alın və bizim aksiyaya qoşulun – lütfən nəzərə alın ki bu link sizi yalnız İngilis dilində olan bir səhifəyə aparacaq.
Avropa Kommissiyasının Prezidentinə elektron petisiyamızı imzalayın
Təəssüf ki, Cabbarın işi yeganə bir hal deyil. Bəxtiyar Haciyev, Tural Abbaslı və Rüfət Hacıbəyli kimi gənc fəallar da həbsdə vidan məhbusları kimi saxlanırlar. Onlar barədə, Azərbaycan, Rus və İngilis dillərində dərc olunmuş “Onların susdurulmasına imkan verməyin: Səslərini ucaltdıqları üçün məhbus edilmiş Azərbaycan fəallları” adlı hesabatımızda oxuya bilərsiniz.
Biz inanırıq ki, Azərbaycan hakimiyyətinin müxalif düşüncələrə qarşı zorakılıqları getdikcə sərtləşdikcə, beynəlxalq icmanın Azərbaycanlılara öz hüquqlarından istifadə etmələri uğrunda mübarizələrində verdikləri dəstək artmalıdır. Lütfən Avropa Kommissiyasının Prezidenti Xose Manuel Barrosoya ünvanlanmış elektron petisiyamızı imzalayın. Petisiya yalnız İngilis dilindədir, amma onun məzmunu aşağıdakı kimidir:
Avropa Kommissiyası ikitərəfli ticarət əlaqələrinə nəzarət etdiyinə görə, biz Avropa Komissiyasının prezidenti Xose Manuel Barrosonu aşağıdakılara cağırırıq:
- Azərbaycanla ticari danışıqlarda əməkdaşlıq edilərkən Avropa İttifaqının Azərbaycanda xalqın insan haqlarına hörmətin müdafiəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırlmasına fikir verməsinin təmin edilməsinə;
- Zəruri olduqda ayrı-ayrı fərdlərin hüquqlarının pozulması məsələsinin Avropa İttifaqının İnsan Haqları Müdafiəçiləri qaydalarına uyğun olaraq qaldırılmasına;
- Azərbaycan hakimiyyəti ilə bütün dialoqlarda Cabbar Savalanın, Bəxtiyar Hacıyevin, Tural Abbaslının və Rüfət Hacıbəylinin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırış etməsinə.
Adınızı Avropa Kommissiyasına ünvanlanmış petisiyamıza
Lütfən nəzərə alın ki, sizi bu səhifəyə gətirən Facebook reklamlarında Cabbar Savalan üçün hərəkət edən insanların sayını göstərən rəqəm avtomatik dəyişmir – onu özümüz yeniləyirik. Hərəkət etdikdən sonra eyni reklamlarda eyni rəqəmləri görsəniz, narahat olmayın – sizin hərəkətiniz də sayılacaq! Sizə təşəkkür edirik.



At last month’s 
